Sarıl boynuma 
	Gəl həmdəmim ol
	Tut əllərimi
	Bir ömür mənim ol
	 
	Tək səninəm
	Qəlbim sevginə məhbus
	Mənim varlığım 
	Ruhum sənə məxsus
	 
	Sevgimizin ətri
	Yayılıb dünyalara dolsun
	Bizi seyr etsin bu cahan
	Dünyalar bizim olsun
	 
	Səni çox sevirəm 
	Günəş öz nurunu sevdiyi qədər
	Gecələr gündüzü keçdiyi qədər
	Eşqin şərabını içdiyim qədər 
	Çox sevirəm
	 
	Tək səninəm
	Bir ömür səninlə ömür yoldaşı
	İnsan sevəndə bir başqalaşır
	Əsir əllərim sözlər dolaşır 
	Tək səninəm
	 
	Nəfəsimi duy bax gözümə 
	Bu nə cür ləzzətdir
	Axı neylirəm dünyanı 
	Səninlə hər yer cənnətdir
	 
	Səni çox sevirəm 
	Günəş öz nurunu sevdiyi qədər
	Gecələr gündüzü keçdiyi qədər
	Eşqin şərabını içdiyim qədər 
	Çox sevirəm
	 
	Tək səninəm
	Bir ömür səninlə ömür yoldaşı
	İnsan sevəndə bir başqalaşır
	Əsir əllərim sözlər dolaşır 
	Tək səninəm